Həsrət Hümbətdən, Oğuz, Azərbaycan
06 mart 2026, 17:23
Möhtərəm Prezident, cənab Ali Baş Komandan,
İran İslam Respublikasının pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisinə etdiyi hücumla əlaqədar sərgilədiyiniz qətiyyətli mövqeyə görə Sizə ailəmiz adından minnətdarlıq edirəm.
Sizin bu məsələ ilə bağlı prinsipial mövqeyiniz bizə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyiniz qətiyyəti, cəsarəti bir daha xatırlatdı. Sizinlə qürur duyuruq və müdrik siyasətinizi dəstəkləyirik.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.
Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin!
Hörmətlə,
Həsrət Hümbət
Azərbaycan Respublikası, Oğuz rayonu, Calut kəndi.