Gəray Bayramovdan, Samux, Azərbaycan
Text size
06 mart 2026, 16:48
Əziz Prezidentimiz,
Rayonumuzda aparılan abadlıq və quruculuq işlərinə görə Sizə səmimi minnətdarlığımı ifadə edirəm. İnfrastrukturun yenilənməsi, ictimai məkanların abadlaşdırılması və yaradılan yeni layihələr yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edir. Sizin diqqət və qayğınız nəticəsində şəhərimiz daha müasir və gözəl görkəm alır.
Gördüyünüz məqsədyönlü işlərə görə Sizə təşəkkür edir, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Gəray Bayramov
Azərbaycan Respublikası, Samux rayonu