logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəna və Zülfiyyə Mustafayevalardan, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

06 mart 2026, 15:43

Hörmətli cənab Prezident,

Ölkəmizdə insanların sosial rifahı, maddi şəraiti və həyat tərzinin yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr olduqca mötəbər xarakter daşıyır. Təsadüfi deyildir ki, hər il minlərlə insan bu layihələrdən faydalanır və ailəsi üçün xoş güzəran formalaşdırır. Mən də bir vətəndaş olaraq özünüməşğulluq proqramı çərçivəsində əmlak almış, öz biznesimi qurmuş və ailəmin dolanışığını təmin etmişəm. Bu səbəbdən proqramın daimi həyata keçirilməsini arzulayır və Sizə bu layihələrin təşkilinə görə minnətdarlığımı bildirir.

Hörmətlə,

Rəna və Zülfiyyə Mustafayevalar

Azərbaycan Respublikası, Ağdaş rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi