Nübar Tacəddinovadan, Sumqayıt, Azərbaycan
Text size
06 mart 2026, 12:30
Hörmətli cənab Prezident!
Mənim qızım Fatimə Tacəddinova 1-ci qrup əlildir. Sizin əlillərə, xəstə uşaqlara qayğınız, diqqətiniz danılmazdır. Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında əlillərə göstərilən sosial xidmətlər günü-gündən yaxşılaşdırılır, genişləndirilir. Mənim qızım da bütün növ sosial xidmətlərdən yararlanır.
Hörmətli Prezidentimiz, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Biz, Sizinlə fəxr edir və qürur duyuruq.
Tanrı Sizi hifz etsin.
Hörmətlə,
Nübar Tacəddinova
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.