logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Təhminə Ədilovadan, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

06 mart 2026, 13:30

Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, sabitlik və əməkdaşlıq məkanı kimi tanınması məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Ölkəmizin adının qlobal miqyasda, sülh, inkişaf və qarşılıqlı hörmət prinsipləri ilə yanaşı çəkilməsi hər birimiz üçün böyük qürur mənbəyidir.

Dövlətimizin qüdrətlənməsi, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində yorulmadan göstərdiyiniz fəaliyyət yüksək məsuliyyətin parlaq nümunəsidir. Vətənimizin inkişafı naminə atılan hər bir addımın arxasında güclü iradə, uzaqgörən baxış və xalqa bağlılıq dayanır.

Sizə ölkəmizin tərəqqisi yolunda həyata keçirdiyiniz bütün təşəbbüs və qərarlarda davamlı uğurlar, möhkəm cansağlığı və tükənməz qüvvə arzulayırıq.

Uca Tanrı Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Ədilova Təhminə Vüqar qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi