logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nətavət Hüseynxanovadan, Qazax, Azərbaycan

Text size icon-size icon-size

06 mart 2026, 11:40

Hörmətli cənab Prezident,

Bir kəndli olaraq, öz ailə təsərrüfatımızı yaratmaq üçün müraciət etmişdim. Dövlətim sağ olsun, var olsun ki, dəstək oldu. Öz təsərrüfatımı qurmağım üçün 3 baş iribuynuzlu heyvanla təmin olundum. Üzləşdiyim xırda problemlər də köməklik sayəsində həllini tapdı.

Əziz Prezidentimiz, mənə və ailəmə kəndli təsərrüfatımızı qurmaq üçün belə bir imkan yaradıldığına görə Sizə öz dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Nətavət Hüseynxanova

Azərbaycan Respublikası, Qazax rayonu, Cəfərli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi