logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kəmalə Həsənova və başqalarından, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

27 fevral 2026, 14:05

Hörmətli cənab İlham Əliyev!

Rayonumuzun küçələrinin əsaslı təmiri və asfaltlanması ilə bağlı görülən işlər hər bir sakinin sevincinə səbəb olmuşdur. İllərlə narahatlıq doğuran yol problemlərinin aradan qaldırılması insanların rifah halına müsbət təsir göstərmiş, yaşayış məntəqələrimizin abad və müasir görkəm almasına şərait yaratmışdır. Sizin sosialyönümlü siyasətiniz nəticəsində bölgələrimiz gündən-günə inkişaf edir.

Yaşadığımız Elman Mehdiyev küçəsi başdan-başa asfaltlanıb. Sizə küçəmizin sakinləri adından dərin təşəkkürümüzü çatdırır, möhkəm cansağlığı və fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Hörmətlə,

Həsənova Kəmalə Həsən qızı,

Mirzəyev Tural Firudin oğlu,

Səfərova Yasəmən Şəkəralı qızı,

Səfərova Əfsanə Namiq qızı,

Səfərov İslam Namiq oğlu

Azərbaycan Respublikası, Tərtər şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi