Fikrət Səfərov və başqaları, Tərtər, Azərbaycan
27 fevral 2026, 15:44
Möhtərəm cənab Prezident,
Rayonumuzda həyata keçirilən abadlıq işləri, küçə və məhəllədaxili yolların əsaslı təmir olunaraq asfaltlanması sakinlərin arzuladığı bir məsələ idi. Abad yollar həm nəqliyyatın hərəkətini asanlaşdırmış, həm də rayonumuzun ümumi estetik görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Yaşadığımız H.Cavid küçəsində də abadlıq işləri aparılmış, səliqə-səhman yaradılmış, küçəyə asfalt salınmışdır.
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işləri hər bir vətəndaşda sabaha inam yaradır. Rayonumuza göstərdiyiniz qayğıya görə Sizə səmimi minnətdarlığımızı bidirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Səfərov Fikrət Qiyas oğlu,
Səfərova Xanpəri Məmmədkərim qızı,
Səfərov Hüseyn Fikrət oğlu,
Səfərov İlham Məhəmməd oğlu,
Paşayev Çingiz İldırım oğlu
Azərbaycan Respublikası, Tərtər şəhəri.