Hacıfəxrəddin Səfərlidən, Naxçıvan, Azərbaycan
27 fevral 2026, 13:00
Möhtərəm cənab Prezident!
Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planının təsdiq edilməsi münasibətilə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin imzaladığınız Sərəncam xüsusilə Babək rayonu üçün böyük əhəmiyyət daşıyır. Rayonumuzda kənd təsərrüfatının inkişafı, torpaqların səmərəli suvarılması və əhalinin keyfiyyətli içməli su ilə təminatı baxımından bu Tədbirlər Planı mühüm əhəmiyyət kəsb edir. Su ehtiyatlarının düzgün idarə olunması, mövcud infrastrukturun yenilənməsi və müasir texnoloji həllərin tətbiqi Babək rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək, regionda həyat səviyyəsinin daha da yüksəlməsinə imkan yaradacaqdır.
İqlim dəyişikliklərinin təsirinin artdığı müasir dövrdə su ehtiyatlarının qorunması və səmərəli istifadəsi dövlətimizin uzaqgörən və məqsədyönlü siyasətinin bariz nümunəsidir. Bu baxımdan qəbul edilmiş qərar rayon sakinləri tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmış, gələcək nəsillərin rifahına xidmət edən mühüm addım kimi dəyərləndirilmişdir.
Həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü dövlət siyasətinə görə öz adımdan və Cəhri qəsəbəsi sakinləri adından Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Səmimi hörmət və ehtiramla,
Hacıfəxrəddin Səfərli
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, Naxçıvan Dövlət Universitetinin məsləhətçi-professoru 2010–2024-cü illərdə Naxçıvan MR Ali Məclisinin deputatı
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri qəsəbəsi.