logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şahəddin Zeynallıdan, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

25 fevral 2026, 18:25

Hörmətli cənab Prezident!

Kəngərli rayonunun su təchizatı sisteminin yenidən qurulması və meliorasiya sahəsində tədbirlərin görülməsi ilə bağlı imzaladığınız sərəncam rayon sakinləri tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. Bu mühüm qərar kənd təsərrüfatının inkişafına, torpaqların səmərəli istifadəsinə və əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verəcəkdir.

Uzun illərdir su çatışmazlığından əziyyət çəkən torpaqların bərpası, əkin sahələrinin genişlənməsi və məhsuldarlığın artması üçün yaradılan şərait dövlətimizin bölgələrə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kəndlərimizin inkişafı sürətlənir, insanların gələcəyə inamı daha da möhkəmlənir.

Bu mühüm təşəbbüsə və Kəngərli rayonuna göstərdiyiniz xüsusi diqqətə görə Sizə dərin təşəkkürümüzü bildirir, dövlətimiz və xalqımız naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Zeynallı Şahəddin Xaləddin oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xok kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi