Mirvari Əliyevadan, Ağdaş, Azərbaycan
27 fevral 2026, 11:00
Hörmətli Prezidentimiz,
Sizin vətəndaşların məşğulluğunun təmin edilməsi, sosial rifahının yüksəldilməsi, güzəranının yaxşılaşdırılması istiqamətində yürütdüyünüz siyasət müsbət nəticələr verir. Ölkəmizdə uğurla icra edilən özünüməşğulluq proqramı çərçivəsində dövlətimiz tərəfindən göstərilən dəstək nəticəsində əmlak almışam. Bu proqram mənim üçün yalnız maddi dəstək deyil, eyni zamanda öz işimi qurmaq və ölkə iqtisadiyyatına faydalı olmaq baxımından böyük imkan yaratmışdır. Mən özünüməşğulluq proqramından faydalanan və öz biznesini quran minlərlə vətəndaşdan biriyəm.
Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Mirvari Əliyeva
Azərbaycan Respublikası, Ağdaş rayonu, Orta Qəsil kəndi.