logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səfər Əlirzayevdən, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

27 fevral 2026, 19:02

Hörmətli cənab Prezident!

Ötən gün xalqımız qədim adət-ənənələrini yaşadan, yenilənmə və bərəkət rəmzi olan əziz Su çərşənbəsini qeyd etdi. Məhz bu əlamətdar gündə Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 40 ədəd subartezian quyusunun qazılması ilə bağlı imzaladığınız sərəncam bölgə sakinləri tərəfindən böyük minnətdarlıq və rəğbətlə qarşılanmışdır.

Həyata keçirilən bu mühüm layihələr Naxçıvanda su təminatının dayanıqlılığını artıracaq, əhalinin keyfiyyətli və sağlam içməli suya çıxışını yaxşılaşdıracaq, kənd təsərrüfatının və ümumilikdə regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəkdir. Sizin regionların inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğı hər zaman xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Bu əlamətdar gündə Naxçıvan əhalisinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, dövlətimizin rifahı və tərəqqisi naminə həyata keçirdiyiniz bütün təşəbbüslərdə uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Səfər Əlirzayev

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi