Qətibə Xasanzadədən, Bakı, Azərbaycan
25 fevral 2026, 15:12
Salam, İlham baba.
Sizin sayənizdə Azərbaycan bu gün güclü, qalib və söz sahibi olan bir dövlətə çevrilmişdir. Xalqınıza göstərdiyiniz diqqət, milli maraqlar naminə atdığınız addımlar hər bir azərbaycanlı üçün iftixar qaynağıdır.
Gördüyünüz işlər nəticəsində biz uşaqlar bu gün yaxşı məktəblərdə oxuyur, mənalı və əyləncəli asudə vaxt keçiririk. Mən dərslərimə ciddi yanaşıram və gələcəyə böyük ümidlərim vardır.
Əziz babam, Azərbaycan yolunda xidmətlərinizə görə Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Allah Sizə kömək olsun!
Hörmətlə,
Xasanzadə Qətibə Elnur qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.