Müraciəti operativ həll edilən vətəndaşdan, Yevlax, Azərbaycan
Text size
24 fevral 2026, 17:00
Hörmətli cənab Prezident,
Yaşadığım ərazidə mövcud olan su-kanalizasiya problemi ilə bağlı etdiyim müraciətə operativ baxıldığına və problem qısa müddət ərzində həll edildiyinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin rəhbərliyiniz altında dinamik inkişaf edən Azərbaycanda vətəndaş müraciətlərinə göstərilən diqqət və qayğı nəticəsində bizim yaşayış şəraitimiz xeyli yaxşılaşmışdır. Sizin göstərişlərinizə uyğun olaraq bir çox məsələlərlə bağlı yaxşı nəticələr əldə edilmişdir.
Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram və möhkəm can sağlığı arzu edirəm.
Hörmətlə,
Sübhan Şirəliyev
Azərbaycan Respublikası, Yevlax şəhəri.