Turanə İbrahimovadan, Ağdaş, Azərbaycan
Text size
24 fevral 2026, 14:23
Salam, cənab Prezident,
Bir vətəndaş olaraq bildirmək istərdim ki, ölkəmizin çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi və ehtiyaclarının qarşılanması istiqamətində atılan sosial yönümlü addımlar çox təqdirəlayiqdir. Mənim özünüməşğulluq proqramına cəlb edilməyim, əmlakla təmin olunmağım və öz şəxsi təsərrüfatımı yaratmağım həyatımda böyük dəyişikliklərə və müsbət irəliləyişlərə səbəb oldu. Bu münasibətlə Siz başda olmaqla əziyyəti keçən hərkəsə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Turanə İbrahimova
Azərbaycan Respublikası, Ağdaş rayonu, Əmirmahmud kəndi.