Zərifə Quliyevadan, Bakı, Azərbaycan
Text size
24 fevral 2026, 15:33
Hörmətli cənab Prezident.
Bu sətirlərlə Sizə dərin minnətdarlığımı bildirirəm. Ölkəmizin güclü inkişafı, vətəndaşların rifahı və Qarabağ kimi müqəddəs torpaqlarımızın bərpası üçün göstərdiyiniz yorulmaz xidmətlər xalqımızın qəlbində əbədi hörmətə layiqdir. Qədirbilən xalqımız bu xidmətləri heç zaman unutmayacaqdır.
Sizin rəhbərliyiniz altında Azərbaycan daha parlaq və ümid dolu bir gələcəyə doğru irəliləyir.
Allah Sizi qorusun.
Dərin hörmət və ehtiramla,
Quliyeva Zərifə Rzaqulu qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.