logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məhəmməd Xasanovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

23 fevral 2026, 15:30

Hörmətli cənab Prezident,

Sizi dərin hörmətlə salamlayıram. Azərbaycanın inkişafı, xalqımızın rifahı və dövlətçiliyimizin möhkəmlənməsi naminə həyata keçirdiyiniz qətiyyətli və uzaqgörən siyasətə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Sizin liderliyiniz ölkəmizin gücünü və beynəlxalq nüfuzunu daha da artırmışdır. Ölkə vətəndaşları Sizin beynəlxalq mötəbər tədbirlərdə iştirakınızı və Azərbaycanı uğurla təmsil etməyinizi böyük qürurla seyr edirlər.

Sizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətinizdə davamlı uğurlar diləyirəm.

Hörmətlə,

Xasanov Məhəmməd Vüqar oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi