logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəmzi Novruzov adına Basqal tam orta məktəbinin pedaqoji kollektivindən, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

16 fevral 2026, 17:30

Hörmətli cənab Prezident,

Sizi "Zayed İnsan Qardaşlıq Mükafatı"na layiq görülməyiniz münasibəti ilə ürəkdən təbrik edirik.

Bu mükafat Sizin humanizim, sülh və dialoq dəyərlərinə verdiyiniz töhfələrin beynəlxalq səviyyədə təqdir edilməsinin göstəricisidir. Bu, mühüm nailiyyətdir və Azərbaycan xalqı üçün böyük qürurdur.

Gərginliyin və münaqişələrin geniş yayıldığı müasir dünyamızda Sizin Qafqaz bölgəsində və onun hüdudlarından kənarda sülhün bərqərar olması istiqamətində ardıcıl fəaliyyətiniz, məqsədyönlü siyasətiniz böyük əhəmiyyətə malikdir.

Sizin sülh təşəbbüsləriniz bölgədə qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan səmərəli əməkdaşlığın həyata keçirilməsinə, ölkənin inkişafına, xalqın təhlükəsizlik şəraitində firavan həyat yaşamalarına əlverişli imkan yaradır. Müdrik siyasətiniz təkcə Azərbaycanın deyil, bütün bölgənin tərəqqisinə xidmət edir.

Cənab Prezident, Sizə cansağlığı, ailə səadəti, dövlətimiz və xalqımız naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Hörmətlə,

Rəmzi Novruzov adına Basqal tam orta məktəbinin pedaqoji kollektivi

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi