logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Felipe Kalderon İnoxosaya

Text size icon-size icon-size

15 sentyabr 2010, 18:01

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 sentyabr 2010-cu il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi