logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aytac Məcidova və başqalarından, Şəki, Azərbaycan

Text size icon-size icon-size

16 fevral 2026, 13:10

Hörmətli cənab Prezident!

Bütün Azərbaycan xalqı, o cümlədən, şəkililər regionumuzda sülhün bərqərar olmasına görə Sizə daim minnətdardırlar.

Birləşniş Ərəb Əmirliklərinin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmağınız bunu bir daha təsdiq edir.

Bu yüksək mükafat Sizin sülh və mədəniyyətlərarası dialoq sahəsində apardığınız siyasətin göstəricisidir Artıq bütün dünya dövlətləri də Sizin apardığınız siyasətin xalqlar arasında dostluğun bərqərar olmasına və möhkəmləndirilməsinə xidmət etdiyini anlayır və qiymətləndirir.

Əziz Prezidentimiz, Şəki sakinləri adından Sizi bu mükafatı almağınız münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycanın gələcəyi naminə gördüyünüz şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məcidova Aytac,

Məmmədov Kamran,

Davudov Pərviz,

Məmmədov Vurğun,

Nəsrullayeva Nərminə

Azərbaycan Respublikası, Şəki rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi