logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hamlet Ömərov və başqalarından, Göygöl, Azərbaycan

Text size icon-size icon-size

13 fevral 2026, 19:01

Hörmətli cənab Prezident!

Qərbi Azərbaycan İcmasının Göygöl rayonu üzrə nümayəndələrinin adından Sizi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edirik.

Bu mükafat Sizin sülhün, qarşılıqlı anlaşmanın, humanizm və ümumbəşəri dəyərlərin təşviqi istiqamətində göstərdiyiniz ardıcıl və fədakar fəaliyyətinizə beynəlxalq səviyyədə verilən qiymətin bariz nümunəsidir. Siz təkcə torpaqlarını işğaldan azad edən Lider kimi deyil, həm də müharibədən sonra sülhə töhfə verən Lider kimi tanınırsınız. Bu, hər bir azərbaycanlını qürurlandırır.

İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işləri, dini və mədəni abidələrin bərpası, minalarla çirklənmiş ərazilərin təmizlənməsi insan qardaşlığı və humanizm istiqamətində atılan addımların real təcəssümüdür. Sülhün əldə olunması istiqamətində təşəbbüsləriniz bölgədə təhlükəsizliyin və firavanlığın bərqərar olmasına böyük imkanlar yaradır.

Cənab Ali Baş Komandan!

Biz Qərbi Azərbaycanlılar əminik ki, Sizin uzaqgörən siyasətiniz və müdrik rəhbərliyinizlə biz tezliklə dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycana qayıdacağıq.

Sizə Qərbi Azərbaycan İcmasının Göygöl rayonu üzrə nümayəndələri adından möhkəm cansağlığı, sülh və əməkdaşlıq naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Ömərov Hamlet,

Əsgərov Seymur,

Novruzova Ziyafət,

Mövlayev Əmirxan,

Cahangirov Fizuli,

Cəfərov Fəxri,

Orucov Nuru,

Quliyeva Durna,

Azərbaycan Respublikası, Göygöl rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi