logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azadxan Haqverdiyev və başqalarından, Göygöl, Azərbaycan

Text size icon-size icon-size

13 fevral 2026, 14:07

Hörmətli cənab Prezident!

Sizi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Bu mükafatla təltif olunmağınız beynəlxalq aləmdə Sizə göstərilən yüksək hörmət və etibarın parlaq təcəssümüdür. Eyni zamanda bu yüksək mükafat Sizin beynəlxalq sülhün, qarşılıqlı anlaşmanın və humanist dəyərlərin qorunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətinizin növbəti təzahürüdür.

Cənab Prezident, Sizi Göygöl rayon ağsaqqalları adından bir daha təbrik edir, Zati-alinizə cansağlığı, uzun ömür, ölkəmizin daha da inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı naminə ali missiyasınızda yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Haqverdiyev Azadxan,

Qurbanov Ələddin,

Əliyev Bəylər,

Məmmədov Mirzə,

Kərimov Kərim,

Bağırov Vaqif,

Mustafayev Aqil,

Əliyev Məzahir,

Cahangirov Abdulla.

Azərbaycan Respublikası, Göygöl rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi