logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məhəmməd Qəhrəmanovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

13 fevral 2026, 18:12

Möhtərəm cənab Prezident.

Mən, 2026-ci ildə dövlətimiz tərəfindən özəl sektorda işlə təmin olunmuşam və işimdən razıyam. İşlə təmin olunmağımda göstərilən dəstək, diqqət və səmimi münasibətə görə dərin təşəkkürümü bildirirəm.

Göstərilən diqqət mənim üçün böyük dəyər daşıyır və motivasiya mənbəyidir. Çalışacağam ki, özümü tam doğruldum, dövlətimə xeyirli və yararlı vətəndaş olum. Bunun üçün həvəslə çalışıram.

Hörmətli cənab Prezident, Sizin varlığınız xalqımızın xoşbəxtliyinin qarantıdır. Sizin Liderliyiniz və Ali Baş Komandanlığınızla Azərbaycanın nələr etdiyini bütün dünya gördü. Gələcək xoşbəxt günlərimizə birgə addımlamaq ümidi ilə...

Hörmətlə,

Məhəmməd Qəhrəmanov

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi