logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kamran İlyasov və başqalarından, Şəki, Azərbaycan

Text size icon-size icon-size

13 fevral 2026, 12:01

Hörmətli cənab Prezident!

Sizi “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirik.

Bu yüksək mükafata layiq görülməyiniz tamamilə haqlı və əsaslıdır. Bildiyimiz kimi, bu mükafat sülh, humanizm və qardaşlıq dəyərlərinə xidmət edən şəxslərə verilir. Sizin isə barış, dialoq və sabitliyə verdiyiniz töhfələr göz qabağındadır və beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Bu gün Sizin qətiyyətli siyasi iradəniz və prinsipial mövqeyiniz sayəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb, sülh və əməkdaşlıq gündəliyi region üçün əsas hədəfə çevrilib. İqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya xətlərinin açılması təşəbbüsləriniz bu uğurların bariz nümunəsidir.

Cənab Prezident, Sizin bu təşəbbüslərinizdən faydalanacaq təkcə Azərbaycan xalqı deyil, bütün bölgə xalqları uzun illər səmərə götürəcək. Göstərdiyiniz əzm və müdriklik Sizə gələcəkdə də uğurlar gətirsin.

Hörmətlə,

İlyasov Kamran,

Balammədov Arzuman,

Bəşirov Ramil,

Mustafayev Rauf,

Zamanov Rüstəm.

Azərbaycan Respublikası, Şəki rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi