Elvin Nəsirovdan, Astara, Azərbaycan
12 fevral 2026, 19:00
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
2026-cı ildə Əbu-Dabi şəhərində keçirilmiş rəsmi səfər çərçivəsində Sizə təqdim olunan nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə böyük sevinc və qürur hissi keçirirəm.
Bir Azərbaycan vətəndaşı, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi iştirakçısı kimi, həmçinin ailə üzvlərim adından da Sizə bu ali mükafat münasibətilə ürəkdən təbrik edirəm. Sizin uzaqgörən liderliyiniz, humanizmə və ədalətə söykənən dövlətçilik xəttiniz Azərbaycanın dünyada sülhə, insan qardaşlığına və multikultural dəyərlərə verdiyi töhfələrin bariz göstəricisidir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” yalnız Sizə deyil, bütün Azərbaycan xalqına göstərilən yüksək etimadın və hörmətin ifadəsidir. Bu mükafat həm də ölkəmizin beynəlxalq aləmdə sülh, əməkdaşlıq və qardaşlıq dəyərlərinə verdiyi töhfələrin tanınmasının rəmzidir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, uzun ömür, ali və məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gördüyünüz işlərdə yeni nailiyyətlər arzulayır, ailəmizlə birgə təbrik və ehtiramımızı ifadə edirik.
Dərin hörmət, ehtiram və qürur hissi ilə,
Nəsirov Elvin Eynulla oğlu, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbə sakini.