Şəhidin həyat yoldaşından, Abşeron, Azərbaycan
11 fevral 2026, 12:00
Hörmətli cənab Prezident!
Mən, Vətən müharibəsi şəhidinin həyat yoldaşı kimi Sizə bu minnətdarlıq məktubunu yazmağı özümə borc bilirəm. İlk növbədə, şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycanın göz bəbəyi olan Qarabağımızın azad olunmasında qəhrəman oğullarımız Sizin “dəmir yumruğ”unuz ətrafında birləşərək Azərbaycan tarixinin şanlı səhifələrini qızıl hərflərlə yazdılar. Bununla da dünyanın ən güclü liderlərindən biri olduğunuzu, Ümummilli Liderimiz Heydər Əliyevin yolunu layiqli davam etdirdiyinizi bütün dünyaya təsdiqləmiş oldunuz.
Sizin, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması yolunda atdığınız müdrik addımlar sayəsində, şəhid ailəsi olaraq, bizim ailə də mənzillə təmin olundu. Eləcə də, digər imtiyazlardan istifadə edirik və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, biz Sizinlə qürur duyuruq.
Hörmətlə
Əsədova Ülkər Bəhrəm qızı,
Vətən müharibəsi şəhidinin həyat yoldaşı
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.