05 fevral 2026, 14:01
Qalib Qasımovdan, Ağsu, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Ölkəmizdə özünüməşğulluq proqramının uğurla icra edilməsinə və vətəndaşlara göstərilən dəstəyə görə minnətdarlığımı bildirirəm.
Əhalinin məğulunun təmin edilməsində və rifah halının yaxşılaşmasında mühüm töhfələrdən biri də, özünüməşğulluq proqramıdır. Xüsusilə də aztəminatlı ailələr üçün bu proqram ümid cırağına çevrilmişdir.
Mən “avtoyağlama xidmətləri” zərfi üzrə özünüməşğulluq proqramına qoşuldum və əmlakla təmin olunmuşam. Verilən avadanlıqlar sayəsində mən öz işimi qurmuşam və hazırda fəaliyyət göstərirəm.
Var olsun, cənab Prezident.
Hörmətlə,
Qalib Qasımov
Azərbaycan Respublikası, Ağsu şəhəri.