04 fevral 2026, 19:10

Sabina Paşayevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən, 2025-ci ildə dövlətimiz tərəfindən işlə təmin olunmuşam. Hazırda "Capital Construction" şirkətində ofis meneceri vəzifəsində çalışıram və işimdən razıyam. İşlə təmin olunmağımda göstərilən dəstək, diqqət və səmimi münasibətə görə dərin təşəkkürümü bildirirəm.

Göstərilən etimad mənim üçün böyük dəyər daşıyır və motivasiya mənbəyidir. Çalışacağam ki, özümü tam doğruldum, dövlətimə xeyirli və yararlı vətəndaş olum. Bunun üçün həvəslə çalışıram.

Əziz Prezidentimiz, biz gənclər hər zaman Sizi dəstəkləyirik.

Hörmətlə,

Sabina Paşayeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.