04 fevral 2026, 18:34
Zinyət İslamovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, özünüməşğulluq proqramına müraciət edərək, bütün mərhələlərdən keçib, dərzi sexi avadanlıqları ila təmin olunmuşam. Bu işi sevdiyim üçün öyrənərək işləməyı başladım. Hər zaman öz işimi qurmaq istəmişəm. Lakin avadanlıq almağa imkanım olmayıb. Yaxın rəfiqəm mənə özünüməşğulluq layihəsinə müraciət etməyimi məsləhət gördü. Müraciət etdim və müsbət nəticəsini gördüm..
Əziz Prezidentimiz, ölkə vətəndaşları, xüsusilə də aztəminatlı ailələr üçün belə bir imkan yaradıldığına görə Sizə təşəkkür edirəm. Ulu Tanrı, Sizi darda qoymasın, hər zaman köməyiniz olsun.
Hörmətlə,
Zinyət İslamova
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.