04 fevral 2026, 17:01

Nərgiz Bəşirovadan, Mingəçevir, Azərbaycan

Salam, hörmətli cənab Prezident.

Ölkə əhalisinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması, vətəndaşlara öz işlərini və ya biznesini qurmaq üçün şərait yaradılması çox təqdirəlayiq haldır. Bu münasibət vətəndaşlarda öz dövlətinə olan inamı daha da artırır. Elə biri mən özüm. Mən özünüməşğulluq proqramının "kiçik dərzi sexi" üzrə əmlakla təmin olunmuşam. Bu avadanlıqların sayəsində ailəmin maddi gəlirlərinə dəstək oluram, həmçinin dərzilik sənətimin inkişafı üçün çalışıram.

Keçmiş məcburi köçkün olaraq, dövlətimiz tərəfindən belə diqqət və qayğının göstərildiyi üçün Sizə təşəkkür edirəm.

Hörmətlə,

Bəşirova Nərgiz Lətif qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.