04 fevral 2026, 15:15
Ramilə Süleymanovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, vətəndaş olaraq, dövlətimiz tərəfindən uğurla həyata keçirilən Özünüməşğulluq proqramı çərçivəsində mənə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
İstədiyim və həvəsində olduğum sahədə fəaliyyətə başlamaq məqsədilə etdiyim müraciətə müsbət baxılması və lazımi avadanlıqlarla təmin olunmağım mənim üçün çox böyük sevinc və stimul olmuşdur. Bu dəstək sayəsində öz işimi qurmaq və ailəmin sosial rifahına töhfə vermək imkanı əldə etmişəm.
Var olun, cənab Prezident.
Hörmətlə,
Ramilə Süleymanova
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.