04 fevral 2026, 13:02

Rəvan Kərimov və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin sosial sahədə atılan addımlarla bağlı məqsədyönlü şəkildə verdiyiniz qərarlar inkişafa və davamlı iqtisadiyyatın qurulmasına gətirib çıxarır. Bu qərarların icrası yeni iş yerləri, məşğulluğun artması, bu sahədə çalışan vətəndaşların rifahının yüksəlməsi deməkdir.

Biz aztəminatlı ailələrin nümayəndələri olaraq özünüməşğulluq proqramından yararlandıq və öz təsərrüfatımızı qurduq. Artıq təsərrüfatlarımızın xeyrini ailə üzvlərimiz də görür.

Proqram çərçivəsində göstərilən dəstək ailələrimizin rifahını artırır. Buna görə Siz minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Kərimov Rəvan,

Əhmədov Şirvan,

Abdullayeva Məryəm.

Azərbaycan Respublikası, Ağdaş rayonu.