Aynur Rzayevadan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət göstərilir. Sizin sayənizdə bu gün onlar hərtərəfli qayğı ilə əhatə olunublar.
Sumqayıt şəhərində də şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır. 44 günlük Vətən müharibəsində zəfər tariximizə adları qızıl hərflərlə yazılmış şəhidlərimiz xalqımızın qürur mənbəyi olaraq hər zaman anılır və heç bir zaman unudulmayacaq.
Mən Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Məhəmməd Nadir Rzayevin anasıyam. Hər zaman Sizin qayğınızı hiss edirik. Sizin sayənizdə mənzillə və müavinətlə təmin olmuşam. Buna görə Sizə öz təşəkkürümü bildirirəm.
Sizinlə fəxr edirik, cənab Prezident!
Tanrı Sizi qorusun!
Hörmətlə,
Rzayeva Aynur, şəhid anası
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.