02 fevral 2026, 18:31

Vadim Rzayevdən, Qusar, Azərbaycan

Hörmətli cənab Prezident,

Özünüməşğulluq proqramı ölkəmizdə uğurla davam etdirilir, aktivlərdən nümunəvi istifadə edənlərin fəaliyyəti stimullaşdırılır, onlara əlavə dəstək verilir. Mən də vətəndaşlar üçün özünüməşğulluq sahəsində təqdim edilən xidmətlərdən yararlanaraq, mebel sexi üçün avadanlıqlarla təmin olunmuşam və öz işimi qurmuşam.

Bu proqram vasitəsilə həm vətəndaşların məşğulluğu təmin olunur, həm də onların sosial-maddi vəziyyəti yaxşılaşdırılır. Həvəslə işləyirəm və dövlətin yaratdığı imkandan maksimum faydalanmağa çalışıram.

Bu gözəl şəraitə görə Sizə sonsuz təşəkkürümü bildirirəm .

Hörmətlə,

Rzayev Vadim Bəxtiyar oğlu

Azərbaycan Respublikası, Qusar şəhəri.