Ramil Məmmədovdan, Sumqayıt, Azərbaycan
29 yanvar 2026, 19:00
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə ölkəmizdə olan sabitliyə, vətəndaşlarımızın təhlükəsiz yaşaması üçün yaradılan şəraitə görə minnətdarlıq bildirirəm. Yürütdüyünüz uzaqgörən siyasətinizə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya görə də Sizə təşəkkür edirəm.
Mən Vətən müharibəsinin qazisiyəm. Dövlətimiz tərəfindən təqdim ediləm reabilitasiya xidmətləri və psixoloji dəstək tədbirlərindən faydalanmışam.
Göstərilən diqqət və qayğı sayəsində psixoloji sağlamlığım tamamilə bərpa olunub, gündəlik həyatda və sosial münasibətlərdə daha rahat, özümə inamlıyam.
Qazilərə göstərilən diqqətə görə Sizə və bu sahədə çalışan bütün mütəxəssislərə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Məmmədov Ramil Rafiq oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.