logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

şəhid anası Elminaz Qasımovadan, Qazax, Azərbaycan

Text size icon-size icon-size

29 yanvar 2026, 16:44

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Oruc Qasımovun anası kimi Sizin rəhbərliyiniz altında həyata keçirilən sosial siyasətin mərkəzində hər zaman şəhid ailələrinə və qazilərə olan diqqət və qayğıya görə təşəkkür edirəm.

Biz bu qayğını hər zaman hiss edirik. Bu diqqətin növbəti təzahürü kimi ailəmiz dövlət tərəfindən yeni və müasir standartlara cavab verən mənzillə təmin olundu.

Bu mənzil sadəcə bir yaşayış sahəsi deyil, bizim üçün dövlətimizin şəhidlərə olan ehtiramının və ailəmizə göstərilən sonsuz qayğının rəmzidir.

Hər zaman yanımızda olduğunuz üçün, bizim sosial rifahımızı düşündüyünüz üçün Sizə ailəmiz adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qasımova Elminaz, şəhid Oruc Qasımovun anası

Azərbaycan Respublikası, Qazax rayonu, Aşağı Əskipara kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi