İlham Əliyevin “GDF Suez” şirkətinin sədr müavini və prezidenti Jan Fransua Sirelli ilə görüşü olmuşdur
Text size
24 yanvar 2013, 18:10
Davosda Prezident İlham Əliyevin “GDF Suez” şirkətinin sədr müavini və prezidenti Jan Fransua Sirelli ilə görüşü olmuşdur.
Görüşdə “GDF Suez” şirkəti ilə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olundu. Gələcəkdə Azərbaycanda əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə tam təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.
Görüşdə “Abşeron” qaz yatağının işlənməsinə, “Şahdəniz” yatağından hasil olunan qazın alınmasına və nəqlinə dair də fikir mübadiləsi aparıldı.