logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin “Thales Alenia Spase” şirkətinin prezidenti Jan-Lö Qalle ilə görüşü olmuşdur

Text size icon-size icon-size

24 yanvar 2013, 17:00

Prezident İlham Əliyevin Davosda “Thales Alenia Space” şirkətinin prezidenti Jan-Lö Qalle ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı.

Azərbaycanın ikinci telekommunikasiya və Yer səthini müşahidə peyklərinin orbitə buraxılması ilə bağlı mövcud məsələlər müzakirə olundu. Ölkəmizdə kosmik sənayenin yaradılması, bu sahədə uzunmüddətli inkişaf strategiyasının hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi