logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Davosda İsrail Dövlətinin Prezidenti ilə görüşüb

Text size icon-size icon-size

21 yanvar 2026, 12:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

Söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulandı. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi