logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb

Text size icon-size icon-size

21 yanvar 2026, 11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı da öz növbəsində Çex Respublikasının Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.

Hər iki dəvət məmnunluqla qəbul olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi