logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olmuşdur

Text size icon-size icon-size

24 yanvar 2013, 14:25

Davosda Prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulandı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik etdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi