Nurlan Kərimov və Samit Məmmədovdan, Zərdab, Azərbaycan
19 yanvar 2026, 18:00
Hörmətli cənab Prezident.
Bütün Azərbaycan xalqı kimi biz də Sizin apardığınız daxili və xarici siyasəti ürəkdən dəstəkləyirik və bəyənirik. Həyata keçirdiyiniz səmərəli iqtisadi siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib. Ölkəmizin tərəqqisinə töhfələr verən amillərdən biri də regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir.
Özünüməşğulluq və kiçik sahibkarlığın inkişafına dair dövlət tərəfindən həyata keçirilən dəstək tədbirlərinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu proqram sayəsində biz avadanlıqlarla təmin olaraq öz biznesimizi qurduq.
Bu qayğıya görə Sizə minnətdarıq. Ulu Tanrıdan Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Kərimov Nurlan,
Məmmədov Samit.
Azərbaycan Respublikası, Zərdab rayonu.