Mübariz Allahverdiyevdən, Bakı, Azərbaycan
19 yanvar 2026, 15:00
Hörmətli cənab Prezident!
Sizin işğaldan azad edilmiş yurd yerlərimizi dünyanın ən gözəl məkanlarından birinə çevirməyinizi qürurla izləyirik. Rəhbərliyinizlə görülən işlər tarix səhifələrinə qızıl hərflərlə əbədi olaraq həkk olunur.
Şəhər və kəndlərimizin bərpasına külli miqdarda maliyyə vəsaiti tələb olunsa da daim qazilərimizlə yanaşı, digər kateqoriyadan olan təqaüd və pensiyaçıların sosial müdafiəsini təmin etmək haqqında qərarlar qəbul edirsiniz. Bu da Sizin xalqımıza göstərdiyiniz qayğının bariz nümunələrindəndir.
Sosial müdafiəyə ehtiyacı olanları diqqət mərkəzində saxladığınıza, onların qayğısına qaldığınıza, xalqımızın rifah halını gündən-günə yaxşılaşdırdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmət və ehtiramla,
Mübariz Allahverdiyev, Birinci Qarabağ müharibəsi veteranı, əməkdar müəllim, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.