logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Svetlana Stepanovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

15 yanvar 2026, 17:35

Dəyərli ölkə başçımız,

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Bu gün Siz tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bir çox tədbirlər həyata keçirirsiniz.

Sevinc hissi ilə deyə bilərəm ki, dini inanclarımızı, dil və mədəniyyətimizi yaşadır, vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirərək, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yaxından iştirak edirik.

Siz hər il inancından asılı olmayaraq bütün dini icmalara yardım edir və bununla da icmalarımızın həyatında iştirak edirsiniz. Biz icmalarımıza maliyyə dəstəyinizə görə minnətdarıq. Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrimizi səfərbər etməyə, əzmlə çalışmağa hazırıq.

Möhtərəm Prezident, qoy Uca Tanrı Azərbaycanın əmin-amanlığı, inkişafı naminə edilən bütün duaları qəbul etsin.

Dərin hörmətlə,

Svetlana Stepanova,

“Bakı şəhəri Yeni Apostol” xristian dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi