logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aynurə Məmmədovadan, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

15 yanvar 2026, 11:03

Salam, hörmətli cənab Prezident,

Sosial sahədə aparılan islahatlar və həyata keçirilən layihələr bugün Azərbaycan xalqının maddi rifah halının yüksəldilməsi və sosial durumunun yaxşılaşdırılması məqsədini daşıyır. Mənim də bir vətəndaş kimi özünüməşğulluq proqramından yararlanmağım və aktivlə təmin olunmağım, ilk növbədə, Sizin vətəndaşlara göstərdiyiniz ali qayğının nəticəsidir.

Bu proqram həm vətəndaşların məşğulluğunu təmin edir, həm də aztəminatlı ailələrin həyat səviyyəsinin nisbətən yüksəlməsinə şərait yaradır.

Odur ki, xalqımıza, ailəmə və mənə göstərilən qayğı üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Aynurə Məmmədova

Azərbaycan Respublikası, Ağdaş rayonu, Cardam kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi