Aysel Əlixanovadan, İsmayıllı, Azərbaycan
Text size
13 yanvar 2026, 13:50
Hörmətli cənab Prezidentimiz.
Mən dövlətimiz tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində dərzilik fəaliyyəti üçün avadanlıqla təmin olunmuşam. Hazırda həmin avadanlıq vasitəsilə dərzilik fəaliyyəti ilə məşğulam.
Dövlətimizin sosial siyasətinin uğurlu nəticəsi olaraq, artıq öz zəhmətimlə qazanc əldə edir və cəmiyyətə faydalı olmağa çalışıram. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Aysel Əlixanova
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.