İlham Əliyevin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olmuşdur
23 yanvar 2013, 17:00
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edildi. Nazir Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı.
Ölkələrimiz arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd edildi. Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edildi.
Azərbaycan Prezidenti İlham Əliyev onun da salamlarını Türkiyə Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.