Oleq Dolivetsdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Möhtərəm İlham Heydər oğlu Əliyev!
Ölkəmizin inkişafı və rifahı naminə Prezident kimi göstərdiyiniz yorulmaz fəaliyyətə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı çatdırırıq. Dini icmalara ayrılan maddi dəstək üçün isə ayrıca təşəkkür edirik. Bu yardım icmamızın sosial, mədəni və mənəvi inkişafını gücləndirir.
Xalqa göstərdiyiniz diqqət və uzaqgörən siyasət sayəsində bu cür dəstək və təşəbbüslər genişlənərək cəmiyyətimizdə həmrəyliyi və firavanlığı daha da möhkəmləndirir. Rəhbərliyiniz altında vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və icmaların davamlı inkişafı istiqamətində görülən işləri yüksək dəyərləndiririk.
Uca Tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür və dövlətimizin davamlı inkişafı yolunda uğurlar arzu edirik!
Dərin hörmətlə,
Oleq Dolivets, “Şərqdə Ulduz” Xristian Dini İcmasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.