Bəxtiyar Siracovdan, Avstriya, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin 2026-cı il 7 yanvar tarixli sərəncamınızla “Tərəqqi” medalı ilə təltif olunmağımı mənə göstərilən yüksək etimadın və diqqətin bariz ifadəsi kimi qəbul edirəm.
Bu ali dövlət mükafatına layiq görülmək mənim üçün böyük şərəf olmaqla yanaşı, dövlətimə, xalqıma və milli dəyərlərimizə xidmət yolunda məsuliyyətimi daha da artırır.
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği istiqamətində göstərdiyim təvazökar əməyimin dövlətimiz tərəfindən dəyərləndirilməsi məndə dərin məmnunluq hissi yaradır və gələcək fəaliyyətimdə yeni uğurlara doğru irəliləmək üçün əlavə ruh yüksəkliyi verir.
Cənab Prezident, göstərdiyiniz yüksək etimada görə Sizə dərin təşəkkürümü bildirir, bundan sonra da bütün bilik və təcrübəmi Azərbaycan Respublikasının maraqlarına xidmətə həsr edəcəyimi bildirirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin tərəqqisi naminə həyata keçirdiyiniz ali və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Siracov Bəxtiyar Tahir oğlu
Avstriya, Vyana şəhəri.