logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qarabağ müharibəsi əlilindən, Bərdə, Azərbaycan

Text size icon-size icon-size

09 yanvar 2026, 18:34

Cənab Prezident!

Mən, Birinci Qarabağ müharibəsinin 3-cü qrup əliliyəm. 2022-ci ildə özünüməşğulluq proqramı çərçivəsində mənə "Un məmulatları istehsalı" zərfi üzrə avadanlıq verilib. Avadanlıqları aldıqdan sonra mən həyat yoldaşımla birlikdə öz ailə biznesimizi qurmuşuq və sahibkar kimi fəaliyyət göstəririk. Ailəmizin maddi durumu çox yaxşılaşıb. Sahibkar kimi fəaliyyətə başladıqdan sonra 3 nəfəri qanuni şəkildə işə götürmüşəm.

Cənab Ali Baş Komandan, dövlətimizin göstərdiyi diqqət və qayğıdan ötrü dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əlizamin Həsənov,

Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Bərdə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi